!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Maşına öz istəyimlə minmişəm, amma..." - Paşinyanın oğlu - VİDEO

!Reklam – Yazi

Ermənistanın Apelyasiya Cinayət Məhkəməsi ölkənin Baş nazirinin oğlu Aşot Paşinyanın işi üzrə təqsirləndirilən Qayana Martirosyanın barəsində seçilmiş həbs-qətimkan tədbirini həbsdən ev dustaqlığına dəyişdirib.

Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, məhkəmədən sonra Aşot Paşinyan jurnalistlərə açıqlama verib.

“Mən öz istəyimlə Qayanə xanımın maşınına mindim. Mənim oğurluğum maşından düşmək istədiyim andan başladı, amma icazə vermədi. Qayane xanım Yerablura gedəcəyimizi mənə əvvəlcədən deməmişdi”, – deyə o, bildirib.

Aşot Paşinyanın sözlərinə görə, bütün belə hallara qanun çərçivəsində baxılmalıdır. Onun işi məhkəmə-hüquq sisteminə müraciət etmək idi, qalanı isə sistemin işçilərinin işidir.

Qeyd edək ki, mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd olunub. Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq o, avtomobildən düşərək qaçıb. Bu zaman həmin avtomobil Aşot Paşinyanı vuraraq yaralayıb.

Oğrular hadisə yerindən qaçaraq gizləniblər. Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv