“Maşın”da son gecə dramatik bitdi – Finala onlar qaldı

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti şousunun “Maskarad” adlı 18-ci sürətininin növbəti buraxılışı keçirilib.

Yenicag.az xəbər verir ki, bu dəfə iştirakçılar aktrisa Kəmalə Piriyevanı SMS səsverməsinə çıxarıblar.

Kəmalə Piriyeva “Maşın” şounun gedişatında hədəfinin aparıcı Lalə Mustafayeva olduğunu səsləndirib.

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, – deyib.

Nəticədə K. Piriyeva 47,79 faiz səs toplayaraq final gecəsinin bir addımlığında oyunu tərk edib.

Beləliklə finalda Lalə Mustafayeva, Ramal İsrafilov, Suna Kazımoğlu mübarizə aparacaq./AZXEBER.COM/

*** 22:45

“Maşın” şouda son səsverməyə start verilib. 

Yenicag.az xəbər verir ki, bu gün tamaşaçılar son “qalsın” və ya “getsin” seçimini edəcək.

Son səsvermə günü isə, iştirakçılar Kəmalə Piriyevanı hədəf göstərib.

COP29