Maşında tüstülənmə oldu, yolda sıxlıq yarandı

Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.

Yenicag.az xəbər verir ki, bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər.

Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

COP29