Maşından meyit tapıldı

Bakıda sürücü sükan arxasında ölüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1933-cü il təvəllüdlü Cəfərov Çingiz Bəhmən oğlu qəsəbə ərazisində özünə məxsus avtomobildə ölü tapılıb.

Onun sükan arxasında ürək tutmasından öldüyü ehtimal edilir./Apa/