Maşını piyadaların üzərinə sürdü – 2 ölü, 13 yaralı

Çinin şərqindəki Çjetszyan əyalətində avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 13 nəfər ciddi xəsarətlər alıb.

Polisin məlumatına əsasən, hadisə sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verib.

Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.