Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Maşınına “ata, məni də evləndir” yazdı – Polis cərimələdi

99359Ağdamda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, reyd zamanı sürücülərin sürət həddini aşması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, qarşı hərəkət zolağına çıxması və sürücülük hüququ olmadan avtomobili idarə etməsi faktları aşkarlanıb.

Bundan başqa, qanunsuz olaraq, kustar üsulla hazırlanmış pərdə və plyonkalardan istifadə edən sürücülər də saxlanılıb.

Reyd zamanı 28 sürücü barəsində inzibati protokollar tərtib olunub. Onlardan iki nəfəri sərxoş vəziyyətdə saxlanılıb.

Bir sürücü isə “VAZ 2107” markalı avtomobilinin arxa şüşəsinə “Ata məni də evləndir” yazdığı üçün cərimələnib.

www.yenicag.az

379