Maşınında yandırılan oğlan öldü

01ff9e83797a436475599cb9f8f5e5e7Mayın 8-nə keçən gecə Bərdə rayonunun Piyadalar kəndinin qəbiristanlığında naməlum şəxslər tərəfindən döyülərək özünə məxsus “VAZ 2107” markalı avtomobildə yandırılan 24 yaşlı Salman Bayramov xəstəxanada ölüb.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər almış gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi və 186-cı maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.

Dəhşətli qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.