Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Maşınından narkotik, evindən “Vinçestr” çıxdı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, mayın 2-də rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, 25 yaşlı Eşqin Paşayev saxlanılıb. Onun atasına məxsus avtomobildə daşıdığı, eləcə də yaşadığı evdə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan əlavə onun yaşadığı evdən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan, qanunsuz olaraq saxladığı 1 ədəd “Vinçestr” markalı ov tüfəngi və həmin silaha məxsus 130 ədəd karteç, eləcə də 1 ədəd pnevmatik tipli tapança, bir ədəd sandıq və 371 ədəd qırma aşkar edilərək götürülmüşdür.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 32 yaşlı Nicat Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman kibrit qutularında və kağız bükümlərdə 13,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə də baxış keçirilib. Oradan isə ümumi çəkisi 608 qramdan artıq qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

8442
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM