Göyçay sakini illər öncə maşınını satsa da, hələ də nəqliyyat vasitəsinə yazılan cərimələr onun adına və ünvanına gəlir.
Söhbət Göyçay rayon Qızılağac kənd sakini Raman Bəkirovdan gedir.
“O, avtomobilini 10 il bundan əvvəl tanımadığı şəxsə etibarnamə ilə satıb”
Son üç ildə həmin nəqliyyat vasitəsinə tədbiq olunan cərimələrin hamısı Raman Bakirovun adına yazılır.
Vətəndaşın sözlərinə görə, məsələnin aydınlaşdırılması üçün aidiyyəti üzrə müraciət edib.
Baş dövlət yol polisi idarəsi məsələyə münasibət bildirilib.
Hüquqşünaslar isə bildirir ki, bu cür hallarla rastlaşdığınız zaman istənilən notariat konturuna müraciət edərək satdığınız nəqliyyat vasitəsi üçün verdiyiniz etibarnaməni ləğv etdirməlisiniz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: