Maşınını yol ayrıcısına çırpan sürücü qəzada öldü

qezaÖtən gün Səbail rayonunda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Lent.az-a istinadən məlumat verir ki, dekabrın 16-da saat 13 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Razi Qarayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol ayırıcısına vurmuş və o, hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Yenicag.az