Maşınla 10 yaşlı uşağı vurub öldürdü – Azərbaycanda

Saatlıda 10 yaşlı uşağı maşın vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndində baş verib.

VAZ-2106 markalı avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əliyev Aqşin Türbət oğlunu vurub. Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.