Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Maşınla 3 yeniyetmə qızı vurdu - Azərbaycanda

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi “VAZ-21010” markalı avtomobillə hərəkətdə olarkən,yolu keçmək istəyən Şəki sakinləri-2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova, 2001-ci il təvəllüdlü Nazənin Rafik qızı Musayeva və 2002-ci il təvəllüdlü Türkanə Tərlan qızı Məmədovanı vurub.

Qəza nəticəsində xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 17 yaşlı S.İslamova və T.Məmmədovaya ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb. 18 yaşlı N.Musayeva isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-sabitdir.

Piyadaları vuran E.Hümbətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /Report

www.yenicag.az

13394
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM