!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maşınla iki polis əməkdaşını vurdu - VİDEO

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskvada minik avtomobili motosikletlə hərəkətdə olan iki polis əməkdaşını vurub.

Yenicag.az xəbər verir ki, sözügedən hadisə müşahidə kameralarına da düşüb.

Kadrlardan da göründüyü kimi, iki motosiklet əsas yolla hərəkət edir. Lakin döngədə dayanan minik avtomobillərindən biri digərlərindən fərqli polis əməkdaşlarına güzəştə getmək istəmir və qəfildən onların qarşısına çıxır. Nəticədə hər iki motosiklet avtomobillə toqquşaraq aşır.

Məlumata görə, hər iki polis əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Araşdırma aparılır.

www.yenicag.az

5309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv