Maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçdı – Goranboyda

Goranboyda piyadanı avtomobil vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Veyisli kəndində baş verib. Yolu keçmək istəyən kənd sakini, 1962-ci il təvəllüdlü Tağıyev Arif Cəlil oğlu hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan A. Tağıyev xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.