Maşınla piyadanı vurdu, özü xəstəxanaya çatdırdı – VİDEO

Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən Seymur adlı şəxsi vurub. Hadisədən sonra sürücü yaralını özü avtomobilə əyləşdirərək xəstəxanaya çatdırıb. Seymura tibbi yardım göstəriləndən sonra reanimasiyaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib.