Mask bir gündə 17 milyard itirdi

“Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti təxminən 17 milyard dollar azalıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Qeyd olunur, buna səbəb “Tesla”-nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşmağı olub.

Nəşr bildirir ki, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı “Tesla” səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib.

Buna baxmayaraq, Mask, hələ də planetin ən varlı adamıdır və 216,8 milyard dollar sərvətə malikdir./Trend/