!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Maska cəriməsi”nə görə NARAZILIQ: “Zərbə yenə kasıba dəyəcək...” – İqtisadçıdan ETİRAZ

!Reklam – Yazi

“Həmin cəriməni ödəməyə qadir olan imkanlı adamlar şəxsi avtomobillərindən istifadə edirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri tibbi maska taxılmamasına görə cərimələrin tətbiqinə münasibət bildirən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevin sözlərinə görə, təhlükəsizlik qaydalarına əməl etməməyin günahını əhalinin üstünə atıb, onları savadsızlıqda ittiham etmək doğru deyil:

“Əhaliyə sosial məsafəni gözləməyi, maska taxmağı təşviq etmək olar, hətta lazım gəlsə, məcbur da etmək olar. Ancaq təhlükəsizlik qaydalarına əməl etməməyin günahını əhalinin üstünə atıb, onları məsuliyyətsizlikdə və ya qüsurlu mentalitetdə ittiham etmək düzgün deyil.

Bütün bunların qarşısını cərimələr vasitəsilə də almaq mümkün olmayacaq. Son günlər bu problemlərlə bağlı polislə əhali arasında qarşıdurmalar müşahidə olunur. TV-lərə, mətbuata çıxanlar, xüsusilə, dövlət rəsmiləri günahı məhz əhalidə görürlər.

Ancaq əhalinin maska taxmamağının, sosial məsafəni qorumamağının və hətta xəstəliyi ciddi qarşılamamasının səbəbini mentalitetdə yox, əhali ilə işləyən institutların dağıdılmasında və ya fəaliyyətlərinin məhdudlaşdırılmasında axtarmaq lazımdır.

Əhali ilə işləyən mətbuat müstəqilliyini və obyektivliyini itirib, vətəndaş cəmiyyəti institutu sıradan çıxarılıb, yerli özünüidarə qurumları səlahiyyəti olmayan bir instituta çevrilib. Ortada bir dövlət, bir də əhali qalıb. Bunlar arasında məsafə çox uzaqdır. Xüsusilə də, ikincilərdə birinciyə qarşı inamsızlıq mövcuddur”.

Samir Əliyev hesab edir ki, insanları cərimə etməkdənsə, onların etimad etdikləri institutları gücləndirmək lazımdır:

“Maskadan istifadə edilməməyə görə cərimə mexanizmi ən yaxşı halda selektiv şəkildə işləyəcək. Cərimənin məbləği isə 10 manat kifayət idi. Əhali sürücü deyil ki, cərimə ödəməyəndə, maşın sürmək hüququnu itirsin və ya sahibkar deyil ki, hesabı bağlansın.

Həmin cəriməni ödəməyə qadir olan imkanlı adamlar şəxsi avtomobillərindən istifadə edir, orta təbəqə qaydalara əməl etməyə çalışacaq. Zərbə yenə də kasıba dəyəcək”.

Gülşən Şərif

www.yenicag.az

1767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv