!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib - Azərbaycanda

!Reklam – Yazi

Hadisə ilə bağlı araşdırma aparılır

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.

“Report”un məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində “Al-petrol” yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yeniçağ.az

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv