!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maskalı şəxslər evə basqın etdi

!Reklam – Yazi

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib.

Yenicag.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadını bıçaqla hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən N. Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri – əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

www.yenicag.az

2375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv