Maskın 212 metrlik kosmik raketi göydə partladı

“SpeysX” şirkətinə məxsus “Starşip” kosmik gəmisi sınaq buraxılışından bir neçə dəqiqə sonra partlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, 212 metr uzunluğundakı “Starşip” Bakı vaxtı ilə 08:30-da Texas ştatının Braunsvil şəhəri yaxınlığındakı bazadan 8-ci sınaq uçuşu məqsədilə havaya qalxıb. Lakin havaya qalxdıqdan cəmi 8 dəqiqə sonra raketin mühərrikləri işləməyib. Az müddət sonra isə raket partlayıb.

Qəzadan dərhal sonra Florida, Hollivud və Mayami aeroportları kosmik tullantı səbəbindən bütün reysləri təxirə salmaları barədə xəbərdarlıq alıblar.