Maslyakovdan rəsmi Bakının reaksiyasına – Münasibət

Qondarma “Sağlıq Qarabağ respublikası”ndan heç bir komanda Soçi şəhərində keçirilən beynəlxalq KVN (“Şən və hazırcavablar klubu”) festivalında iştirak etməyib.

Yeniçağ.az-ın məlumatına görə, bu sözləri “RİA Novosti”yə KVN-nin aparıcısı, “AMİK” Televiziya Yaradıcılıq Birliyinin baş direktoru Aleksandr Maslyakov rəsmi Bakının qondarma qurumdan olan komandaların festivala dəvət olunmasına göstərdiyi mənfi reaksiyaya münasibət bildirərkən söyləyib.

Bundan əvvəl qondarma qurumdan “S xlebom i solyu” və “DeleYaman” komandalarının KVN festivalına dəvət olunduğu barədə məlumat yayılıb. Ardınca Azərbaycan XİN-i bu dəvətin Rusiya ilə tərəfdaşlığa zidd olduğunu bəyan edib.

Maslyakov qondarma “DQR”nin komandalarının heç vaxt beynəlxalq festivalda iştirak etmədiyini bildirib:

“Festivala dəvət KVN saytında qeydiyyatda olan bütün istifadəçilərə avtomatik olaraq göndərilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışdırılmasına qarşı olub. 55 il ərzində Klubda bir dəfə də olsun münaqişəli vəziyyət yaranmayıb”.

Yeniçağ.az