Maştağada ağır qəza – Sürücü öldü

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyunun 2-də saat 7 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini İlqar Səmədov idarə etdiyi “Nissan” markalı avtomobili yolayrıcına vurub və nəticədə hadisə yerində ölüb.