Maştağada ağır yol qəzası baş verdi – FOTO

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, 99-TU-116 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil 90-KC-775 nömrəli “Mercedes A-Class” markalı maşına çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir nəfərin burnu sınıb. Yaralılardan biri xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.