Maştağada qaz yoxdur

51408Artıq havalar kifayət qədər soyuyub. Amma Sabunçu rayon Maştağa qəsəbəsində qazın verilməsi dayandırılıb.

Heybət Heybətov küçəsinin sakinləri bildiriblər ki, qazın verilməsi 3 gündür ki, dayandırılıb: “Biz lazımi orqanlara ərizə və şihafi olaraq müraciət etmişik. Demişdilər ki, qaz bu gün veriləcək. Amma bu saata qədər qaz verilməyib. Bəhanə edirlər ki, bu gün qeyri-iş günüdür və qaz birinci iş günüdə veriləcək. Artəq neçənci dəfədir ki, belə olur. Guya demişdilər ki, noyabrın 15-dən sonra qış sisteminə keçəcəklər. Budur qış sistemi? İndi Prezident İlham Əliyevə və Rövnəq Abdullayevə müraciət hazırlayırıq. Xahiş edirik ki, bizim problemimizlə maraqlansınlar”.

Sakinlər onu da bildirdilər ki, bundan öncə də belə problemlə qarşılaşıblar. 10 gün qaz verirlər, sonra kəsirlər.(musavat.com)