!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Maştağada tarixi məscid məhv olur - Nazirlik isə göz yumur... - VİDEO

!Reklam – Yazi

Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı fəhləsi küçəsində yerləşən tarixi Hacı Əziz məscidi məhv olmaq üzrədir.

1836-cı ildə tikilmiş və dövlət tərəfindən qorunan məscidin tavanı tökülüb, divarları isə nəmişlikdən çökmək üzrədir. Məscidin axundu abidənin divarlarının nəm çəkməsinə səbəb kimi tikiliyə qaz verilmədiyini göstərib. O, fevral ayından Bakı fəhləsi küçəsinə verilən qazın təzyiqinin sıfıra endirildiyini deyib: “Balaca məsciddir. Qaz gəlsə, istilik təmin olunar və belə bərbad vəziyyət yaranmaz. Xalçalar da görürsünüz, bərbad gündədir. Aidiyyəti qurumlara şikayət etmişik, nə qədər demək olar? Deyirlər ki, təmir gedir. Nə qədər təmir olar? Yanvarda camaatın şikayəti artdı, qaz verdilər, sevindik. 1 həftə sonra yenə qazın təzyiqini azaltdılar. İndi sıfırdır. Fevral ayından qaz yoxdur. Kimdə motor var, onun qazı gəlir. Kimin ki yoxdur, o qalır soyuqda. Biz hansının pulunu ödəyək? Motor qoşulanda işıq da pul yazır. Biz qaz pulunu ödəyək, yoxsa, işıq pulunu?”

Məlumat üçün bildirək ki, “Hacı Əziz” məscidi XIX əsrdə Hacı Əziz tərəfindən tikilib. Məscidin sahəsi 41 m2 təşkil edir və burada eyni vaxtda 35 nəfər ibadət edə bilər.

Axund belə davam edərsə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan məscidin yaxın müddət ərzində tamamilə sıradan çıxacağını bildirib.

Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan tarixi abidələrlə, xüsusən də məscidlərlə bağlı ilk şikayət deyil. Bir neçə gün əvvəl “Sovetski” dairəsi yaxınlığında görkəmli şair Mikayıl Müşfiqin heykəlinin götürüldüyü üçün hətta məhkəməyə belə müraciət etməyə hazırlaşan Mədəniyyət və Turizm Nazirliyi bu həssaslığı nədənsə tarixi abidələrdə səgriləmir. Dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq.(BakıPost)

Yeniçağ.az

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv