Hindistanda yeni mavi qarışqa növü kəşf edilib.
Yenicag.az “İndependent”ə istinadən xəbər verir ki, qarışqa növü Arunaçal Pradeş əyalətində tapılıb.
Tədqiqatçılar bu növün çox nadir olduğunu qeyd ediblər. Alt çənəsində 5 dişi olan qarışqanın boyu 2 mm-dən qısadır. Çənə və ayaqlarından başqa, bədəni mavi rəngdədir.
Yeni növə “Paraparatrechina neela” adı verilib.