!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mavilər" Ramzan Kadırovun “gizli zindan”larına göndərilir

!Reklam – Yazi

Yeniçağ.Ru-nun məlumatına görə, bu barədə informasiyanı qeyri-ənənəvi seksual orientasiyasına görə təqiblərə məruz qalan 3 şəxs açıqlayıb.

Onların sözlərinə görə, Çeçenistanda həbs olunanlar “gizli zindanlar”da saxlanılır. Qeyd olunur ki, həmin zindan Muxtar respublikanın Arqun şəhərində yerləşir. Bir neçə binadan ibarət olan həmin kompleksdə 2000-ci illərdə hərbi komentantlıq, daha sonra isə polis idarəsi yerləşib.

Bildirilir ki, Çeçenistanda “mavilərin” ilk kütləvi həbsinə bu ilin fevralında – saxlanılan bir şəxsin telefonunda intim görüntülər və onlarla yerli homoseksualın nömrələri aşkar edildikdən sonra başlanılıb. İkinci dalğa isə mart ayında LGBT fəallarının Şimali Qafqazın bəzi şəhərlərində aksiya keçirtmək niyyətini açıqlaması ilə başlayıb. Məlumata görə, zindana salınan geylərə ağır işgəncələr verilib. Onlardan bəziləri külli miqdarda pul ödədikdən sonra sərbəst buraxılıblar.

Bununla belə Kadırovun sözçüsü Əlvi Kərimov və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “mavilərin” kütləvi həbsi ilə əlaqədar xəbərləri təkzib ediblər.

Yeniçağ.Az

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv