Moldovada energetika naziri Viktor Parlikov vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə respublika prezidenti Maya Sandu sərəncam imzalayıb.
Sənəd dekabrın 5-dən qüvvəyə minir. Parlikov 2023-cü ildən nazirliyə rəhbərlik edir. Onun istefasını ölkənin baş naziri Dorin Recan enerji sektorunun zəif idarə olunması səbəbindən tələb edib.
Onlar Parlikovdan başqa, “Energocom” dövlət enerji şirkətinin rəhbəri Viktor Binzari və Moldovanın “Moldovaqaz” enerji şirkətinin müşahidə şurasının üzvü Sergey Tofilatı istefaya göndərmək istəyiblər. Onların istefaları barədə məlumat verilmir.