Mayda əfv gözlənilir: 5 gün sonra iclasdır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, komissiyanın üzvləri aprelin 3-də toplaşaraq müraciətlərə baxılması prosesinə start verəcəklər.

İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.