Mayda ucuzlaşan və bahalaşan məhsulların adları AÇIQLANDI – SİYAHI

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi aprel ayı ilə müqayisədə may ayında azalıb.

Yenicag.az xəbər verir ki, dünya bazarında bitki yağı və süd məhsullarının qiymətində ucuzlaşma olub.

FAO-nun Bitki Yağları indeksi aprel ayı ilə müqayisədə may ayında 3,5 faiz azalıb. May ayında palma, günəbaxan yağı, soya və kolza yağı qiymətləri ucuzlaşıb. Süd məhsullarının qiymət indeksi də may ayında 1,1 faiz azalıb.

Buğda, düyü və quş ətinin qiymətlərində isə bahalaşma müşahidə olunub. Ümumilikdə, FAO Ərzaq Qiymətləri İndeksi aprel ayına nisbətən may ayında 0,6 miqdarında azalaraq 157,4 bal olub. Lakin bu azalmaya baxmayaraq, indeks 2021-ci ilin mayından 22,8 faiz yuxarı olub.

FAO Taxıl Qiyməti İndeksinə görə, buğdanın qiymətində 2,2 faiz artım olub. Bütövlükdə, may ayında Taxıl Qiyməti İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 56,2 faiz artıb.

Gülşən Şərif