Maye qaz doldurma məntəqəsində yanğın – Ağcabədidə

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.