Mayın 28-də ictimai nəqliyyat işləyəcək? – RƏSMİ

28 May – Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.