Maykl Ceksonun gödəkçəsi bu qiymətə satışa çıxarıldı – FOTO

Dünyaca məşhur amerikalı müğənni Maykl Ceksonun 1984-cü ildə rol aldığı reklam çarxı üçün xüsusi olaraq hazırlanmış gödəkçə satışa çıxarılıb.

Yenicag.az xəbər verir ki, hərraca çıxarılacaq ağ-qara dəri gödəkçənin ən az 245 min dollara satılacağı gözlənilir.

Hərracda satılacaq əşyalar arasında Corc Maykl, Emi Uaynhaus, Devid Boui, Elvis Presli, Anqus Yanq, Con Lennon və The Beatles-a məxsus əşyalar var.