Maykl Ceksonun qızı Paris Cekson ayaqqabı markasının reklamı üçün kamera qarşısına keçib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris Cekson “GH Bass & Co.”nun ayaqqabılarını nümayiş etdirmək üçün çılpaq pozlar verib. O, digər modellərin əksinə, ayaqqabıları ayaqlarında yox, sinəsinin üstündə reklam edib.
Qeyd edək ki, Maykl Cekson da 35 il əvvəl “GH Bass & Co.”nun klassik ayaqqabılarını geyinərək “Thriller” mahnısının klipi üçün kamera qarşısına keçmişdi.
Dünyaşöhrətli müğənninin qızının cəsur fotolarını təqdim edirik: