ABŞ-ın dövlət katibi Maykl Pompeo Camal Qaşıqçı hadisəsini araşdırmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatıb.
Yenicag.az xəbər verir ki, Pompeo Ər-Riyadda Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Xalid bin Səlman bin Əbdüləziz tərəfindən qarşılanıb.
Görüşün detalları və səfərin müddəti haqqında ətraflı məlumat verilməyib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp itkin düşmüş jurnalist ilə bağlı baş verənləri araşdırmaq üçün Səudiyyə Ərəbistanına səfər etmək barədə Maykl Pompeoya təlimat vermişdi.
Pompeonun Səudiyyə Ərəbistanı ziyarətinin ardından oktyabrın 17-də Türkiyəyə səfəri nəzərdə tutulub.
Həşim Səhrablı