Mazut daşıyan qatar aşdı

Rusiyanın Həştərxan vilayətində mazut daşıyan qatar relsdən çıxıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 16:30-da Liman rayonunun Zenzeli stansiyasında baş verib.

Məlumata görə, hadisə yerinə aidiyyati qurumlar cəlb edilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.