MB inflyasiyanın 2021-ci il üzrə həcmini AÇIQLADI

Mərkəzi Bankın proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda inflyasiya 4 faiz səviyyəsində olacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransı zamanı deyib.

O bildirib ki, proqnoz istehlak tələbinin bərpasına və ölkədəki fiskal həvəsləndirici tədbirlərə əsaslanır.