Mbappe Fransa millisinin düşərgəsini tərk etdi

Kilian Mbappe Fransa yığmasının düşərgəsini tərk edib.

Yenicag.az xəbər verir ki, PSJ klubunun hücumçusu yaxınlarından birinin ölümü səbəbindən millidən ayrılmalı olub.
Fransa bu gün AVRO-2024-ün seçmə mərhələsinin VII turunda Niderlandın qonağı olacaq. Görüş saat Bakı vaxtı ilə 22:45-də başlayacaq.