“McDonald’s”ın “Instagram” hesabı ələ keçirildi – FOTO

Amerikanın “fast food” şəbəkəsi “McDonald’s”ın “Instagram” hesabı bir qrup haker tərəfindən ələ keçirilib.

Hakerlər sosial şəbəkə saytında bir tokeni (rəqəmsal valyuta -red.) təbliğ ediblər. Təqdimatdan sonra tokenin bazar dəyəri 100 min dollardan 20 milyon dollara yüksəlib.

5 milyondan çox izləyicisi olan hesabın sındırıldığı aşkar edildikdə, istifadəçilər satmağa başlayıblar və tokenin dəyəri 1 milyon dollardan aşağı düşüb. Haker qrupunun “McDonald’s” “Instagram” hesabında “Solanada 700 min dollara görə təşəkkür edirəm” yazdıqları görülüb.

Paylaşımda Afrika əsilli insanlar üçün aşağılayıcı sayılan “zənci” ifadəsindən və Hindistan bayrağından da istifadə edilib.

“McDonald’s” rəsmi açıqlama verməsə də, “The Us Sun”a danışan rəsmi baş verənlərə görə üzr istəyib.

İsmayıl Bakuvi

COP29