Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Avrasiya Qrupu ilə birgə təşkil olunan prokurorluq forumu noyabrda Minskdə keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov MDB ölkələrinin Baş Prokurorlarının Koordinasiya Şurasının İrəvanda keçirilən 34-cü iclasında bildirib.
O, görüş iştirakçılarının bu təşəbbüsü dəstəklədiyini qeyd edərək, ümumi təhdidlərə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayıb. Prokuror idarə rəislərinin müavinləri səviyyəsində tədbir təşkil etməyi də təklif edib.