“Məcbur olub belə demişəm” – Rəsulzadənin barelyefi götürülməyib, oğurlanıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində olan evinin qarşısındakı barelyefi oğurlanıb.

Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev saytımıza açıqlama verərək faktı təsdiqləyərək bunun qəsdən törədildiyini bildirib.

Lakin Tağıyev bu gün mətbuata tamam fərqli açıqlama verib. O, barelyefin köhnəldiyini, yenisi ilə əvəzləmək üçün bələdiyyə tərəfindən çıxarıldığını söyləyib.

Anlaşılmaz vəziyyət yarandığından Yenicag.az-ın əməkdaşı yenidən Şahin Tağıyevlə əlaqə yaradıb. Sədr məcbur qalıb belə bir açıqlama verdiyini bildirib:

“Barelyef oğurlanıb, tapa bilmirik. Hansı əclaf aparıbsa,… Kəndin adına ayıb bilirəm. Buna görə də məcbur olub belə demişəm. Bizim böyük şəxsiyyətimizin barelyefini aparanın yerinə mən utanıram. İkinci günə mərmərdən yenisi hazır olacaq”.

Emin Səfərov