Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib.
Yenicag.az xəbər verir ki, nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb:
“Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir”./Report