Məcburi köçkün seçki məntəqələrinin sayı məlum olub

Bizim azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək.

Yenicag.az xəbər verir ki,bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Biz inanırıq ki, növbəti seçkilərə qədər bu problem tam həll olacaq və o bölgələrdən olan seçicilərimiz öz yurdlarında səs verəcək. 10 məcburi köçkün dairəsi var, onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir”, – deyə MSK sədri qeyd edib.

COP29