!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məcburi köçkünlər üçün tikiləcək yeni binaların yeri məlumdu

!Reklam – Yazi

Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, sanatoriyada Laçın rayonundan 62, Şuşa rayonundan 18, Zəngilan rayonundan 3, Ağdam rayonundan 3, Füzuli rayonundan isə 2 ailə məskunlaşıb. Ümumilikdə, sanatoriyada 297 məcburi köçkün məskunlaşıb.

Ə. Həsənov deyib ki, qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Tikinti üçün də yerlərin artıq seçildiyini bildirən komitə sədri deyib ki, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq.

Şəfəq sanatoriyasından çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə çatdıran Ə. Həsənov burada vəziyyətin çox acınacaqlı olduğunu vurğulayıb: “İstəyirdik müvəqqəti olaraq müəyyən təmir işləri görək. Ancaq burada təmir işləri görmək mümkün deyil. Sanatoriya ətrafındakı ayrı-ayrı evlərdə təmir işləri aparıb vəziyyəti mümkün qədər yaxşılaşdırmaq mümkündürsə, onu edəcəyik. Ancaq bütövlükdə bu sanatoriyanın vəziyyəti ilə bağlı rəhbərliyə məruzə edəcəyəm. Qərar veriləcək və biz də o qərarı təcili icra edəcəyik”.

Yenicag.az

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv