Məcburi köçkünlər yurdlarına nə zaman və hansı şərtlərlə qayıdacaq? – VİDEO

Yenicag.az-ın “Tərəfsiz söhbət” verilişinin növbəti buraxılışında məcburi köçkünlərin öz yurdlarına qayıdışı müzakirə olunub.

Verilişin qonağı olan hüquqşünas Əliməmməd Nuriyev sualları cavablandıraraq bildirib ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək: “Birinci növbədə yataqxana və dövlət tərəfindən verilmiş mənzillərdə yaşayan vətəndaşlarımız köçürülməli, onlardan geri alınan evlər isə dövlətin ehtiyat fonduna daxil edilməlidir. Düşünürəm ki, məcburi köçkünlərin öz yurdlarına qayıdışına təxminən 1 il sonra başlanılacaq. Amma hazırda yaşayış şəraiti olan məntəqələr də var. İndidən ora da köçüb məskunlaşmaq olar”.

Ə.Nuriyev onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayacaq vətəndaşlarımıza xüsusi güzəştlər müəyyən edilməlidir:
“Köçürülmə məcburi olmalı və orada rahat yaşaya bilmələri üçün hər şərait yaradılmalıdır”.

Verilişin videosunu təqdim edirik: