Məcburi köçkünlərə aid yataqxana yandı

Göyçayda yataqxanada yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində quraşdırılıb 8 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.