Məcburi köçkünlərin yaşadığı ev yanır

Abşeron rayonunda məcburi köçkünlərin yaşadığı ev yanır.

Yenicag.az Report-a istinadən xəbər verir ki, yanğın rayonun Masazır qəsəbəsində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı bir-birinə bitişik olan evlərdən birindən başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər həyata keçirilir.

COP29