!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məcburi köçkünlərin yaşadığı yataqxana yandı – BAKIDA

!Reklam – Yazi

yataqxanaBakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları “Çiçək-Pioner” düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.

Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər.

Yenicag.az

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv