!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məcburi vaksinasiya təhdidləri ölkə qanunlarına meydan oxumaqdır” – Operativ Qərargaha SƏRT ETİRAZ

!Reklam – Yazi

“Mən qətiyyən inanmıram ki, burada məqsəd Azərbaycan xalqının sağlamlığının qeydinə qalmaqdır”.

Bu fikirləri Nazirlər Kabinri yanında Operativ Qərargahın COVID-19 əleyhinə vaksinasiya ilə bağlı tətbiq etdiyi və nəzərdə tutduğu məhdudiyyətləri dəyərləndirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə qanunvericiliyində peyvənd olunmağın könüllülük prinsipinə əsaslandığı təsbit olunub və bu qaydanın pozulması qəbuledilməzdir:

“Azərbaycan Konstitusiyasında və qanunvericiliyində bütün növ vaksinasiyanın könüllü olması haqda maddə var. O baxımdan, vaksinasiya ilə bağlı məcburiyyət antikonstitusion çağırış və ölkə qanunlarına meydan oxumaqdır. İnsanları işdən qovmaqla və ya işə buraxmamaqla hədələmək artıq qanunsuzluq yox, dərəbəylikdir.

Mən qətiyyən inanmıram ki, burada məqsəd Azərbaycan xalqının sağlamlığının qeydinə qalmaqdır. Çünki ölkədə belə bir təfəkkür hakim deyil. Hər halda, düşünürəm ki, bu cəhdlər “pripiska”, özəl və maddi maraqlar, ayrılan pulların mənimsənilməsi niyyətindən irəli gəlir.

Təkrar deyirəm ki, qanunlarda vaksinasiyanın könüllü olduğu bildirilib. Əgər belə deyilsə, o zaman Milli Məclis vaksinasiyanın məcburi xarakter daşıması haqda qərar verməlidir və bundan sonra TƏBİB, ya da başqa qurum insanlarla qanuna uyğun çərçivədə davranış qaydalarını müəyyənləşdirməlidir.

İnsanlarda psixoz yaranıb, ciddi gərginlik və xof var. “Bu sənədlər olmasa, toy edə bilməzsən, müxtəlif məkanlara, hətta dövlət qurumlarına gedib işini həll edə bilməzsən” – deyə insanların qarşısında şərt qoyulmamalıdır. Bunlar qanunsuz tələblərdir və Konstitusiyaya hörmətsizlikdir”.

A.Zeynalov

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv