!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məcburi vaksinasiyada YENİ BLEF: Nazirliklər indi də "təhsil kartı"na əl atırlar - ETİRAZ

!Reklam – Yazi

“Səhiyyə orqanları təhsil sisteminin əhatə dairəsində olanların vaksin olunmaları üçün məktəblərin açılmasına bir vasitə kimi baxırsa, bu, ikiqat təhlükəli yoldur”.

Bunu təhsil müəssisələrinin fəaliyyətinin koronavirusa yoluxma sayı və vaksinasiya prosesinə real təsir imkanlarını dəyərləndirən iqtisadçı Məhəmməd Talıblı Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, səhiyyə sistemimizin yüklənəcək xəstə sayına adekvat reaksiyasını proqnozlaşdırmadan təhsil müəssisələrinin açılması çox risklidir:

“Real statistikalar aydın sürətdə göstərir ki, gündəlik koronavirusa yoluxanların sayı sürətlə artır. Ötən il tədris ilinin əvvəli gündəlik 200-300 nəfərlik yoluxma sayı hazırda 3000-4000 nəfərlə əvəzlənib. Hiss olunur ki, xəstəliyin coğrafiyası və əhatə dairəsi xeyli genişlənib. Bu baxımdan “Nəyin naminə olursa-olsun məktəblər açılmalıdır” prinsipi sağlam məntiqə cavab vermir. Təhsil sektorunu riskli zonaya daxil etmək düz olmaz. Çünki təhsil müəssisələrində aztəminatlı ailələrin azlıq təşkil etmədiyini nəzərə alsaq, onların sosial inteqrasiya zamanı virusa yoluxmaları həmin ailələrin səhiyyə xərclərinin artmasına və nəticədə onların daha da yoxsullaşmasına yol aça bilər. Asosial situasiya xəstəliyin artma dinamikasını aşağı salır. İnsanların sosial inteqrasiyası bu prosesin nəzarətdən çıxmasına təkan verə bilər. Vaksinasiya prosesinin çoxistiqamətli yolları var: daha təminatlı vaksinlərin (kütləvi olaraq “Pfizer”) tətbiq olunması, vaksin olunmanın əlçatanlığına daha rahat şərait yaratmaq, vaksinləşmə ilə bağlı daha keyfiyyətli maarifləndirmə işlərini təşkil etmək və s. Amma vaksinləşmə naminə təhsil müəssisələrini açıb, sonradan qapanmaya getmək uzaqgörən yol deyil”.

Məhəmməd Talıblı hesab edir ki, virtual tədrisin daha keyfiyyətli formasını tapmaq üçün indikatorlar sistemi hazırlamaq olar:

“Təhsil yalnız inzibati binalardan və müəllimlərdən ibarət olan sistemdir. Orta ümumtəhsil müəssisələri ilə ali təhsil müəssisələrinə münasibətimiz eyni olmalı deyil. Orta məktəblərin limitlərlə (siniflər üzrə, aylar üzrə) açılması mümkün ola bilər. Çünki yaşı 18-ə qədər olan yeniyetmələr, əsasən, virusun daşıyıcıları olurlar, amma ağır patalogiya yaşamırlar. Amma natamam ali təhsil və ali təhsil müəssisələrinin açılması xeyli risklidir. Həmin yaşlarda olan tələbələrin və müəllimlərin virusa yoluxmaq, ətrafı yoluxdurmaq şansları çoxdur. Burada riskli yaş qrupu hesab olunan ali təhsil işçilərindən yaşı 65-dən yuxarı müəllimlərin immun sistemləri dayanıqlı olmur. Bu sahədə ölüm və ağırlaşdırıcı hallar da istisna olunmur”.

Gülşən Şərif

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv